Abşeronda avtobusun vurması nəticəsində ölən piyadanın kimliyi məlum oldu - YENİLƏNİB

HADİSƏ 22.11.2022 1127

Abşeron rayonu Novxanı-Binəqədi yolunda baş verən qəzada ölən piyadanın kimliyi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub.

Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Qeyd olunub ki, avtobusun sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top