MDB PA-nın iclasında Azərbaycanın irəli sürdüyü təkliflər yekdilliklə qəbul edilib

SİYASƏT 26.09.2022 2136

Sentyabrın 23-də Sankt-Petetburqda MDB Parlament Assambleyasının dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü kimi iclasda iştirak edib.

Jalə Əliyeva iclasın gündəliyində duran 15 məsələdən 7-nin ətrafında çıxış edərək, ölkəmizin mövqeyini, tərəfimizdən təklif edilən əlavə və dəyişiklikləri parlament üzvlərinin diqqətinə çatdırıb. Azərbaycanın irəli sürdüyü təkliflər, əlavələr və iradlar MDB Parlament Assambleyası tərəfindən birmənalı və yekdilliklə qəbul edilib.

Sentyabrın 24-də Assambleya işini digər komitələr üzrə davam etdirəcək.
 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top