Dələduzluqda ittiham olunan şəxsə bəraət hökmündən protest verilib

HADİSƏ 08.08.2022 1166

Bəzi sosial media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Əliyev Şahmar Eldar oğluna Yasamal rayon məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bununla əlaqədar bildirilib ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovadan məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi adı  ilə 20 min manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan toplanmış sübutlarla ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi  baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Həmin  məhkəmənin 17.06.2022-ci il tarixli hökmü ilə Şahmar Əliyevə bəraət verilib. 

07.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top