AMEA-dan AzTV-yə cavab: “Bura zavod deyil!” - VİDEO

GÜNDƏM 26.07.2022 1133

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Televiziyasının (AzTV) qurumun fəaliyyəti barədə hazırladığı tənqidi süjetə münasibət bildirib.

AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər:

“Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elmi ocağıdır və iş qrafiki fərqlidir”.

O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:

“Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.

Qeyd edək ki, Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb. 

“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid edilib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top