Fransada kondisioner işləyərkən qapıları açıq qoyan mağazalar cərimələnəcək

DÜNYA 26.07.2022 998

Fransadakı mağazalardan kondisionerlərdən istifadə edərkən qapılarını bağlamaları tələb olunacaq, əks halda onlar cərimə ödəməli olacaqlar.

Ekoloji keçid naziri Anyes Panye-Ryunaşe bildirib ki, qayda bəzi bölgələrdə artıq qüvvədədir və bütün Fransada tətbiq olunacaq.

Kondisionerlə bağlı qaydaları pozan mağazalar 750 avroya qədər cərimələnəcək. Nazir bildirib ki, kondisioner işə düşən zaman qapının açıq qalması absurddur.

Yaxın günlərdə o, enerji xərcləri ilə bağlı iki fərman verəcək. Fərmanlardan biri kondisioner işlək vəziyyətdə olarkən mağazaların qapılarının açılmasını qadağan edəcək, digəri də şəhər ölçüsündən asılı olmayaraq neon lövhələrə qoyulan qadağanı gecə saat 01:00-dan səhər saat 06:00-a qədər uzadacaq.

800 000-dən az əhalisi olan ərazilərdə neon lövhələrə qadağa artıq qüvvədədir. Hava limanları və dəmiryolu stansiyaları istisnadır.

Mənbə: Yevropeyskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top