Ağstafada baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb

HADİSƏ 21.07.2022 1399

Ağstafada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, şəhərin mərkəzi ərazisində 2 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Elşad Tağıyev, 1996-cı il təvəllüdlü Adil Orucov, 2002-ci il təvəllüdlü Xaliq Zeynallı və 1959-cu il təvəllüdlü Fərman Xəlilov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top