90 yanğına çıxış, xilas olunan üç nəfər: FHN əməliyyat görüntülərini yayımladı - VİDEO

HADİSƏ 16.07.2022 1423

Ötən sutka ərzində 90 yanğına çıxış və üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üç nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin, Sumqayıt şəhərində və Şabran rayonunun Hacıqaraqaşlı kəndində dənizdə nəzarətsiz ərazidə batması ehtimal olunan iki nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top