Məşhur narkobaron ABŞ-a ekstradisiya edilib - FOTO

DÜNYA 05.05.2022 1460

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan, dünyanın ən nəhəng narkotik dövriyyəsini həyata keçirən “Klan del Golfo” (“Körfəzin Kralı”) klanının “Otoniel” ləqəbli rəhbəri Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

Bu barədə Kolumbiya Prezidenti İvan Duke öz “Twitter” səhifəsində məlumat verib.

“Hamı bilməlidir ki, hökumətimiz narkotik terrorçularını ya həbs edir, ya ekstradisiya edir və ya məhv edir”, - deyə Kolumbiya Prezidenti qeyd edir.

“Klan del Golfo” Kolumbiyanın ən böyük narkotik kartellərindən biri hesab olunur, Mərkəzi və Şimali Amerika ölkələrinə kokain tədarükü ilə məşğuldur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top