Müəllimlərin NƏZƏRİNƏ: Yerdəyişmə BAŞLADI

GÜNDƏM 25.04.2022 1064

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edilib ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top