Şəhriyar Məmmədyarov 16 yaşlı istedadla gücünü sınayacaq

GÜNDƏM 23.04.2022 940

u gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi, 16 yaşlı Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.

“Oslo Esports Cup” da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top