Zelenski: “Rusiya qoşunları Donbass uğrunda döyüşə başlayıb”

DÜNYA 19.04.2022 1323

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 54-cü gününün yekunlarına dair videomüraciətində Rusiyanın Donbass uğrunda döyüşə başladığını təsdiqləyib.

“İndi deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbass uğrunda döyüşə başlayıblar. Bütün ordunun çox əhəmiyyətli bir hissəsi bu hücum üçün cəmləşib. Oraya nə qədər rusiyalı hərbçi gətirilsə də, döyüşəcəyik. Biz özümüzü müdafiə edəcəyik. Bunu hər gün edəcəyik. Biz Ukraynaya aid heç nəyi verməyəcəyik, başqasınınki də bizə lazım deyil”, - deyə Zelenski bildirib.

Öz növbəsində, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da “müharibənin ikinci mərhələsinin başladığını” bəyan edib və Ukrayna silahlı qüvvələrinə inanmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Donbasdakı hücumunun yeni mərhələsi barədə məlumat verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top