Sadə xəbər
“İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir”.
"Saat24.az" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətində deyib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib.
“Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə Bayden bildirib.
Bayden səlahiyyət müddətinin qalan hissəsində icra etmək istədiyi planlarından da danışıb.