"Titanik"in dağıntılarını çıxarmaq üçün təklif edilən maraqlı üsullar

Manşet
DÜNYA 22.07.2024 4025

15 aprel 1912-ci ildə aysberqlə toqquşaraq batan dünyanın ən məşhur gəmisi "Titanik"in qalıqlarını səthə çıxarmaq üçün bir çox cəhdlər edilib. Lakin texniki çətinliklər, dərin dəniz şəraiti və gəminin kövrək quruluşu bu səylərə mane olub.

"Saat24.az" "Titanik"i çıxarmaq üçün irəli sürülən bəzi üsulları təqdim edir:

Aysberq ilə örtmək
1970-ci illərdə İngiltərənin Valsoll şəhərindən olan gəmi podratçısı Artur Hikki gəmini yenidən tək parça görmək üçün onun tamamilə buzla örtülməsi lazım olduğunu təklif etmişdi. İddialara görə, "Aysberq Titanik"i batıra bilirsə, niyə onu xilas etməsin?

Böyük ölçülü şarlar və maqnitlər
Bəzi mühəndislər nəhəng şarlar və ya təhlükəsizlik yastıqlarından istifadə edərək "Titanik"i yavaş-yavaş səthə qaldırmağı təklif ediblər. Lakin dağıntıların çəkisi və kövrəkliyi kimi texniki çətinliklər bu üsulun həyata keçirilməsini çətinləşdirir. Batdıqdan iki il sonra İngiltərənin Denver şəhərindən olan bir memar onun maqnitlərlə səthə çıxarılmasını təklif etmiş, lakin bu üsul baha başa gəldiyi üçün onun təklifi rədd edilmişdi.

Pinq-ponq toplarından istifadə etmək
Bəzi alimlər "Titanik"in gövdəsini stolüstü tennis topları ilə dolduraraq qalıqları səthə çıxarmağı təklif ediblər. Lakin bu ideya praktiki problemlər və çoxlu sayda top tələb etdiyinə görə həyata keçirilə bilmədiyi üçün tez bir zamanda rədd edilib. 

Vazelin ilə örtmə iddiası
Başqa bir fikir, gəminin səthinə polyester torbalar qoymaq və onlara vazelin vurmaq idi. Pompalanan neft jeli sərtləşəcək və yüksək üzmə qabiliyyətinə malik olacaq, bu isə dağıntıların tək parça halında səthə çıxmasına kömək edəcəkdi. Hesablamalar nəticəsində dağıntıların çıxarılması üçün 180 min ton vazelin lazım olduğu anlaşıldıqdan sonra bu fikirdən imtina edilmişdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top