Siyasət döyüş meydanı olmamalıdır.
"Saat24.az" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
O, qarşıdan gələn noyabr seçkilərində rəqibi Respublikaçı Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciətində müvafiq bəyanatla çıxış edib: "ABŞ siyasətində temperaturun aşağı salınması zəruridir. Biz hamımız buna görə məsuliyyət daşıyırıq. Fikir ayrılığı qaçılmazdır, bu, insan təbiətinin bir hissəsidir. Amma siyasət döyüş meydanına çevrilməməlidir. Biz bu cür zorakılığın normaya çevrilməsinə icazə verə bilmərik".
ABŞ prezidenti vurğulayıb ki, siyasət dinc müzakirələr, ədaləti qorumaq, demokratiya və müstəqillik naminə qərarlar qəbul etmək arenası olmalıdır. Bayden qeyd edib ki, ölkədə siyasi ritorika qızışıb, onu dondurmaq lazımdır.
Bayden siyasi rəqibinə qarşı sui-qəsdi pisləyib və bu cür zorakılığı qəbuledilməz adlandırıb.