Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “OnlaynAzərbaycan” layihəsi çərçivəsində Kürdəmir rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.
"Saat24.az" xəbər verir ki, Kürdəmir şəhərində şəbəkənin tikintisi başa çatmaq üzrədir. Şəhər mərkəzində 10200təsərrüfatdan 2059 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Mollakənd, Türkədi, Şilyan, Qarasu, Çöhranlı,Yeni Şıxımlı, Muradxan, Sor-Sor, Qağacılı, Xırdapay,Mürtülü, Şahsevən, Şıxımlı, Topalhəsənli, Atakişili,Qaraqocalı, Carlı, Quşlar, Ərşəli, Pirəköçə, Qocalı,Xəlsə, Qoçulu, Öyləqulu, Mehdili, Axtaçı, Axtaçı-Qarabucaq, Beyi, Dayıkazımlı, Qaramahmudlu,Ərəbxana, Çərtəyəz, Çöl-Ərəb, Şüşün, Köhünlü, Sovla,Söyüdlər, Qarasaqqal, Məhərrəmli kəndləri və Qarabucaq qəsəbəsində 15071 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 70%-dənçoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 8715 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “OnlaynAzərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-nitəşkil edir.