Xankəndidə 14 avtomat silahı aşkarlandı

Sadə xəbər
HADİSƏ 22.06.2024 2676

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Nazirliyin mətbuat xidmətindən "Saat24.az"a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlər nəticəsində iyunun 15-21-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 müxtəlif çaplı patron və digər sursatları aşkarlayaraq götürüblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top