Manşet
Ötən gün Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması nəticəsində 8 nəfərin xəsarət alması ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aprılır.
Bu barədə "Saat24.az"ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Xatırladaq ki, ötən gün “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.