KTM-ə zəhərlənmə səbəbilə 100 nəfər müraciət etdi

Sadə xəbər
CƏMİYYƏT 04.06.2024 2194

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Mərkəzdən "Saat24.az"a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top