Qüdrət Həsənquliyev yenidən namizəd olacaq - AÇIQLAMA

Manşet
SİYASƏT 03.06.2024 3092
Qüdrət Həsənquliyev növbəti parlament seçkilərində iştirak edəcək.
 
"Saat24.az" bildirir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. 

O bildirib ki, sözügedən partiya bütün seçkilərdə iştirak edib:

"Biz partiya olaraq seçkilərdə iştirakın vacibliyini hər zaman önə çəkmişik. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində də ştirak edəcəyik”. 

Qüdrət Həsənquliyevin hansı dairədən namizədliyini irəli sürəcəyinə gəlincə, Niyaməddin Orduxanlı bildirib ki, bu yalnız parlament seçkisi elan oldunduqdan sonra partiyanın ali rəhbərliyində veriləcək qərardan asılı olacaq.//Qaynarinfo
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top