Sadə xəbər
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyasının Tbilisinin Kaxeti küçəsində yerləşən mərkəzi ofisinə silahlı hücum olub.
"Saat24.az" xəbər verir ki, bu barədə müxalifət partiyanın sədri Levan Xabeişvili canlı yayımda bildirib.
Onun sözlərinə görə, ofisə 40-dan çox maskalı şəxs hücum edib.
Hadisənin digər təfərrüatları məlum deyil.