Ayətullah Xamenei amerikalı tələbələrə müraciət etdi

Sadə xəbər
DÜNYA 30.05.2024 3396

İranın ali dini lideri Ayətullah Əli Xamenei bütün dünyada etiraz aksiyası keçirən Fələstin tərəfdarı tələbələrə müraciət edib.

"Saat24.az" xəbər verir ki, o, müraciətində Amerika universitetlərinin tələbələrini xüsusilə qeyd edib.

İranın Ali Rəhbərinin ofisinin saytında dərc olunan məktubda deyilir: “Əziz ABŞ universitet tələbələri, siz tarixin doğru tərəfindəsiniz. Oyanmış vicdan onları Qəzzanın məzlum qadın və uşaqlarının müdafiəsinə qalxmağa məcbur etdi”.

Xamenei, həmçinin Amerika universitetlərində professorların dəstəyini və həmrəyliyini də qeyd edib. Məktubun sonunda İranın Ali Rəhbəri etirazçılara Quranla tanış olmağı tövsiyə edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top