"TikTok"da daha bir yenilik

CƏMİYYƏT 17.05.2024 3679

"TikTok" bir saata qədər video yükləmək qabiliyyətini sınaqdan keçirməyə başlayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Çinin  "ByteDance" şirkəti məlumat yayıb.

İstifadəçilərin yalnız bir hissəsinin ilkin olaraq uzun videoları yükləyə biləcəyi vurğulanır.

Əvvəlcə "TikTok"da maksimum video uzunluğu 15 saniyə idi. Sosial şəbəkədə vaxt məhdudiyyətinin daim artırılmasının səbəbi kimi "YouTube" ilə rəqabət və adətən videoları yalnız bu platformaya yükləyən məzmun yaradıcılarını platformaya cəlb etmək istəyi göstərilir.

"ByteDance" qeyd edib ki, yeni format kulinariya şoularının yaradıcılarına, komediyaçılara, müəllimlərə və digər istifadəçilərə videoların məcburi şəkildə hissələrə ayrılmasından qaçmağa kömək edəcək. Artıq platformada televiziya şoularının tam versiyalarının görünə biləcəyi də gözlənilir.

XƏBƏR LENTİ
13.07.2024 2880

DİGƏR XƏBƏRLƏR

Loading
Top