UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib-Foto

CƏMİYYƏT 04.05.2024 3301
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib







Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsi (TUDİFAK) və Türkiyənin Selçuk Universiteti ilə birgə təşkil etdiyi VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransının açılış mərasimi keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında çıxış edən TUDİFAK-ın dekanı professor Mehmet Yüce beynəlxalq elmi konfransa 100-ə yaxın tədqiqat işinin təqdim olunduğunu, seçilmiş ən yaxşı məqalələrin “Journal of Social Economic Research” və “Journal of Selçuk University Social Sciences Institute” nəşrlərində dərc olunacağını diqqətə çatdırıb.

Açılış mərasimində, həmçinin UNEC-in elm və innovasiyalar üzrə prorektor dosent Fariz Əhmədov, Milli Məclisin deputatları Jalə Əliyeva, Müşfiq Cəfərov, konfransın təşkilat komitəsinin sədri Ahmet Ay çıxış ediblər.

Konfransın panelində TÜBA üzvü, professor Mustafa Ersöz “Türk dünyasının elmi-texniki əməkdaşlığı: gələcəyə doğru addımlar” mövzusunda çıxış edib.

Sonra Selçuk Universiteti tərəfindən məruzəçilərə plaketlər təqdim olunub. Konfrans tələbələrin müxtəlif mövzularda təqdimatları ilə davam edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top