AMB-nin sədri: "Insurtech"lərin fəailiyyətinə təkan verəcəyik"

İQTİSADİYYAT 16.04.2024 2860

Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi vasitəsilə ölkədə "insurtech"lərin fəaliyyətinə təkan verəcək.

"Saat24.az" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında qurumun sədri Taleh Kazımov bildirib.

"AMB sığorta sektorunun rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə yeni tənzimləmə çərçivəsi yaradıb, bu il yanvarın 31-də "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası"nı təsdiqləyərək "fintech"lərin fəaliyyətinin hüquqi bazasını formalaşdırıb. İnanıram ki, bu rejim vasitəsilə "fintech"lərin ayrılmaz tərkib hissəsi olan "insurtech"lərin fəaliyyətinə təkan verəcəyik", - deyə o qeyd edib.

"Digər sahələrdə olduğu kimi sığorta sahəsində də qardaş Türkiyə əsas tərəfdaşımızdır. AMB və sığorta bazarının iştirakçıları Sığorta və Özəl Pensiyalara Tənzimləmə və Nəzarət Qurumu, Sığorta Bilgi Mərkəzi, Fövqəladə Hallar Sığortası Qurumu, Türkiyə Sığorta Birliyi, Türkiyə Sığorta İnstitutu və qardaş Türkiyənin digər təşkilatları ilə fəal əməkdaşlıq etməkdədir", - deyə T.Kazımov əlavə edib.

"2024-2026-cı illəri əhatə edən yeni strategiya ilə ortamüddətli dövrdə sığorta bazarının 2 dəfə böyüməsi gözlənilir. Yeni iqtisadi inkişaf mərhələsində əhalinin və biznesin maddi rifahının müdafiəsi sığorta bazarının inkişafını əsas prioritetlərdən birinə çevirir. Sığortanın inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsi AMB-nin diqqət mərkəzindədir. Ötən dövrdə sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsi üçün sektorun risklərinin tənzimlənməsi çərçivəsi inkişaf etdirilib. Həmçinin sığortalıların müdafiəsinin gücləndirilməsi və sığortaya ictimai inamın möhkəmləndirilməsi üçün mühüm institusional tədbirlər görülüb. Bu zaman sığorta xidmətlərinin infrastrukturunun yaxşılaşdırılmasına, peşəkar kadr hazırlığına ciddi diqqət yetirilib, cəmiyyətdə sığorta mədəniyyətini yüksəltmək üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib",- deyə baş bankir əlavə edib.

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top