Sadə xəbər
Rayon Peşə Liseyinin ərazisində təşkil olunan festivalda rayon rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və idarə, müəssisə, təşkilat nümayəndələri eləcədə şəhid ailələri və liseyin kollektivi iştirak edib.Festivalda əvvəlcə Kürdəmir rayon Peşə Liseyinin direktoru Nurlan Abdullayev çıxış edərək iştirakçılara Peşə Təhsil Mərkəzində tədrisi dəvam edən ixtisaslar haqqında geniş məlumat verərək müəssisənin gələcək pryortetləri haqqında geniş məlumat verdi və bildirdi ki, hazırda liseydə 21 ixtisas üzrə 410 tələbə təhsil alır.Bildirildi ki,son vaxtlar əhalinin peşə sahəsinə olan marağı xeyli artıb və bunun nəticəsində müxtəlif yaş kateqoriyalarına aid insanların liseyə müraciətlərində artım gündən davam edir.Tədbirdə iştirak edən qonaqlar liseyin tələbələrinin hazırladıqları əl işlərinə baxış keçirib və onlarla həmsöhbət olublar.Bundan sonra festival çərçivəsində lisyin tələbələrinin hazırladıqları novruz atributları keçəl və kosa meydana daxil oldu və təlbələrin ifasında müxtəlif şerlər və kompazisiyalar qonaqlara təqdim olundu və eyni zamanda yel çərşənbəsini özündə əks etdirən bayram tonqalı qalandı.Ümumilikdə festivalda bir bayram abu havası yaşandı. Qeyd edək ki,Kürdəmir Peşə Liseyində bu kimi tədbirlərin keçrilməsində əsas məqsəd gənclərin və yeniyetmələrin müxtəlif peşə sahələrinə olan marağının artırılmasından ibarətdir. Bundan başqa 2024-2025-ci il tədris illərində liseydə ixtisasların sayının 21-dən 35-ə tələbələrin sayının isə 410- dən 700 nəfərə çatdırılması planlaşdırılır.