Məhkəmə Ermənistan prezidentinə qarşı iddianı təmin etdi

DÜNYA 13.02.2024 3324

Ermənistanda İnzibati məhkəmə Məhəmməd Mukarmean adlı xarici vətəndaşın Ermənistan prezidentinə qarşı iddiasını təmin edib. 

"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, indi Vaaqn Xaçaturyan şikayətçiyə vətəndaşlıq verməyə məcbur olacaq. 

Bildirilib ki, o, 2021-ci ildə Ermənistan vətəndaşlığı üçün müraciət edib, lakin Vaaqn Xaçaturyan Nikol Paşinyandan ərizənin rədd edilməsi barədə qərar layihəsi aldığını əsas gətirərək  onu imzalamayıb. 

Məhkəmə Məhəmməd Mukarmeanın iddiasını təmin edərək, prezidentin, baş nazirin, Miqrasiya və Vətəndaşlıq Xidmətinin, Vətəndaşlıq Məsələləri üzrə İdarələrarası Komissiyanın və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arqumentlərini əsaslandırılmış hesab etməyib. 

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top