Bir sıra ödəniş rekvizitləri dəyişdirildi

CƏMİYYƏT 12.02.2024 3067

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin strukturunun optimallaşdırılması və yerli qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xəzinədarlıq İdarəsindəki məcburi dövlət sosial və işsizlikdən sığorta üzrə xəzinə hesab kitabları bağlanılıb, 2 saylı Xəzinədarlıq İdarəsində yeni xəzinə hesab kitabları açılıb.

Bu barədə "Saat24.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) uçotda olan sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının, o cümlədən bu sığorta üzrə tətbiq edilmiş penya, cərimə və maliyyə sanksiyalarının DSMF-nin müvafiq xəzinə hesab kitablarına ödənilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top