Moskva sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.
"Saaat24.az" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat rəsmi Moskvanın əvvəllər bəyan etdiyi mövqeyi bir daha təsdiqləyib: "Qarabağda vəziyyətin köklü dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur".
Qaluzinin sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır: "Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin 2025-ci ilin noyabrından sonra uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək mövcudluğu tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq".