"İslahatların davam etdirilməsi qaçılmazdır" - Deputatdan AÇIQLAMA

HADİSƏ 09.02.2024 2939

"7 fevralda keçirilmiş seçkilərdə Prezident İlham Əliyev xalqdan yeni bir siyasi güc aldı. Ona görə bu dövrü yeni hədəflərlə, uğurla başlaya bilərik".

Bunu "Saat24.az"a açıqlamasında deputat Azər Badamov deyib. Deputat ölkəmizin daxili və xarici siyasətinə yenidən baxılmalı olduğunu hesab edir:

"Ölkə daxilində islahatların davam etdirilməsi qaçılmazdır. Dövlət idarəetmə strukturlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. O cümlədən, beynəlxalq siyasətdə də yeni vektorların müəyyənləşdirilməli olduğunu hesab edirəm. Zəfərimizi həzm edə bilməyən dövlətlər var. Onlarla münasibətlərimizə yenidən baxılmalı və ədalətimizi qəbul etdirməliyik. Siyasətimizi elə qurmalıyıq ki, bizə düşmən gözü ilə baxanlar öz hərəkətlərindən və baxışlarından utansınlar. Bu baxımdan, xalqımızın dövlət başçısına verdiyi siyasi güclə özümüzü beynəlxalq arenada bir daha təsdiq edə biləcəyik. Dünyada dostlarımızın sayı düşmənlərimizdən dəfələrlə çoxdur. Yeni dövrdə elə bir beynəlxalq siyasi kurs yeridilməlidir ki, düşmənlərimiz də ölkəmizə dost gözü ilə baxsınlar. Dövlət başçımıza inanıram. Prezident nəyi, necə və nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top