Həmas Qəzzada atəşkəs təklifinə cavab verdi

DÜNYA 07.02.2024 2984

Qətər Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı cavab alıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani məlumat verib.

O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.

“Biz HƏMAS-dan bəzi şərhləri ehtiva edən, lakin ümumilikdə müsbət olan çərçivə sazişi ilə bağlı cavab aldıq. HƏMAS-ın cavabı ümidvericidir, lakin vəziyyətin həssaslığına görə indi təfərrüata varmayacağıq”, - deyə Qətərin baş naziri Dohada ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top