ADPU-nun sanitar qovşağında çəkilmiş video ilə bağlı AÇIQLAMA - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 03.02.2024 2392

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sanitar qovşağının anti-sanitar vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.

“Saat24.az” xəbər verir ki, videonu təhsil ocağında oxuyan tələbələrdən biri paylaşıb. Görüntülərdə sanitar qovşağında gigiyenik şəraitin, asılqanın, salfetin belə olmaması, tavanın az qala, çökməsi və buradakı natəmizlik əks olunub. 

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən verilən məlumata görə, görüntülər yeni deyil: “Həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir. Hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb”. 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top