![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/1/1/9eb504c4-f302-4350-9ff4-6de1f67f1ef3/1706775711screenshot_2thumb-3.jpg)
Ermənistan bu gün rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur.
"Saat24.az" xəbər verir ki, Roma Statusu Ermənistan üçün fevralın 1-dən qüvvəyə minir.
Oktyabrın 3-də Ermənistan parlamenti 60 səslə Roma Statutunu ratifikasiya edib, prezident Vaaqn Xaçatryan isə oktyabrın 14-də onu imzalayıb, bundan sonra xarici işlər naziri bu barədə cinayət məhkəməsinə məlumat verib.
Bundan təxminən iki saat sonra Kreml Roma Əsasnaməsinin ratifikasiyasının ikitərəfli münasibətlər baxımından düzgün addım olmadığını açıqlayıb.