Şirvanda bir gündə 2 nəfər eyni səbəbdən ÖLDÜ

Sadə xəbər
HADİSƏ 27.01.2024 2935

Şirvan şəhərində iki nəfər dəm qazından boğulub.

"Saa2.az" xəbər verir ki, dünən şəhərin Hacıqəhrəmanlı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Çingiz Əsədov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə ötən gün şəhərin M.Əsədov küçəsində də baş verib. 1954-cü il təvəllüdlü Şölə Abıyeva evinin hamam otağında olarkən su qızdırıcısından sızan qaz səbəbindən zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top