![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/1/16/1/7aa10b9e-556c-4f68-a64f-d7c86ef361e7/17053956641705395019adf67068914df73dc5d7aa1677c9c3c8-1.jpg)
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yeni rəis təyin olunub.
"Saat24.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.
Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.