Araz Abdullayev təkər qaraldan gənci təhqir edib vurdu, sonra üzr istədi - VİDEO

CƏMİYYƏT 29.04.2023 2875

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev Ağ Şəhər ərazisində təhqir edib vurduğu Kənan adlı gənclə barışıb.

"Saat24.az" xəbər verir ki, bununla bağlı o, özünün “Instagram” hesabında paylaşım edib. İnsanların reaksiyasının doğru olduğunu yazan A.Abdullayev Kənandan üzr istəyib. O, gəncə Azərbaycan millisində çıxış edərkən geyindiyi formanı hədiyyə edib.

Xatırladaq ki, Araz Abdullayevin Kənanı təhqir edib vurduğu görüntülər gəncin “TikTok” hesabındakı canlı yayımında əks olunub və böyük müzakirələrə səbəb olub.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top