Hakimlərin düşdüyü qəzadan yeni kadrlar: Yaralıların xilas edilmə anı - FOTO/VİDEO

GÜNDƏM 27.12.2022 1333

Dekabrın 10-da Yevlaxda Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza barədə məlumat vermişdik. Bir nəfərin öldüyü (Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib), beş nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirildiyi həmin qəzadakı avtomobillərdən birinin görüntüsü yayılıb. 

Milli.Az qəzadan bir neçə dəqiqə sonra yaralıların əzilmiş avtomobilin içərisindən xilas anını əks etdirən görüntüləri əldə edib.

Həmin kadrları təqdim edirik:

Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində həmin tarixdə keçirilmiş “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, “Qaradağ Lökbatan”ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olub, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Vaxtı ilə Azərbaycan Premyer Liqasında hakimliyi ilə tanınan Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.

Yaralılar bu avtomobilin içərisindən çıxarılıb

Qeyd edək ki, xəsarət alanlar Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu dərhal əraziyə çağırılan təcili yardım maşınları vasitəsi ilə xəstəxanaya yerləşdiriliblər.

Mövzu ilə əlaqədar

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş - YENİLƏNİB + VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top