Türkiyənin daha bir ərazisi raket hücumuna məruz qalıb - YENİLƏNİB + VİDEO

DÜNYA 21.11.2022 1347

YPG/PKK terror təşkilatı Türkiyənin daha bir ərazisinə raket hücumu edib.

Növbəti hədəf Qaziantep şəhərinin Karkamış rayonu olub.

Sözügedən əraziyə 4 raket atılıb, lakin mərmilər boş əraziyə düşüb.

Hazırda raketin düşdüyü ərazidə incələmə işləri aparılır.

20:16

Terror təşkilatı YPG/PKK üzvlərinin Suriyanın şimalında atdığı raket Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.

Bölgəyə çoxlu sayda təcili yardım və təhlükəsizlik qüvvələri göndərilib.

Daxili İşlər Nazirliyinin son açıqlamasına görə, terror aktında 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top