Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində Ahıllar Günü münasibəti ilə dəyirmi masa təşkil edilib-Foto

CƏMİYYƏT 01.10.2022 1540

Saat24.Az xəbər verir ki,1 oktyabr- Beynəlxalq Ahıllar Günüdür. Bu məqsədlə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i ölkəmizdə də Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.
Bu münasibətlə Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa təşkil edilib. Tədbirə Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev dəvət olunub. İlk öncə muzeyin elmi işçisi Vəfa Hüseynova Beynəlxalq Ahıllar Gününün təsis edilməsi haqqında məlumat verib.
Uzun illər dövlət orqanlarında çalışan Mirzalı müəllim hal-hazırda təqaüddə olmasına baxmayaraq, hər zaman əhali arasındadır və rayonun ictimai həyatında öz aktiv fəaliyyəti ilə seçilir. O, dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Mirzalı müəllim çıxış edərək, öz həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Çay süfrəsi ətrafında səmimi söhbətdən sonra muzey əməkdaşları tərəfindən Mirzalı Ağamalıyevə xatirə hədiyyəsi təqdim olunub.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top