90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilir: Daha bir qurum hərəkətə keçdi - YENİLƏNİB + VİDEO

CƏMİYYƏT 23.09.2022 1416

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib.

Bu barədə Oxu.Az-a qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.

12:12

Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi məsələsi ilə bağlı araşdırma başladılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

12:00

90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top