“YAŞAT” Fondu yaralı hərbçilərimizi ziyarət edib - FOTO

GÜNDƏM 20.09.2022 1053

“YAŞAT” Fondu yaralı hərbçilərimizi ziyarət edib.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralılarımızın müraciətləri dinlənilib.

Diqqətə çatdırılıb ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralananların təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top