Hacı Şahindən Londondakı səfirliyimizə hücum edənlərə sərt reaksiya - VİDEO

GÜNDƏM 05.08.2022 1199

“Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu birmənalı olaraq vandalizm aktı adlandırıla bilər. Bu kimi davranışların islam dini ilə heç bir əlaqəsi yoxdur və bu insanlar islam dininin hər hansı bir məzhəbinə aid ola bilməzlər”.

Bunu Baku TV-yə avqustun 4-də Londonda baş verən hadisələri şərh edərkən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Hacı Şahinin sözlərinə görə, həmin insanlar öz ölkələrində fəaliyyəti qadağan edilmiş müəyyən qrupların üzvləridir, xarici xüsusi xidmət orqanlarına xidmət edən marginal qruplardır. Din xadimi bildirib ki, belələri Azərbaycanda özlərinə tərəfdar toplaya bilməyiblər və qisas almağa çalışırlar.

Daha ətraflı süjetdə:

Mövzu ilə əlaqədar

Bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edib - VİDEOLondondakı səfirliyimizə hücum edənlər kimlərdir?Azərbaycanın Londondakı səfirliyinin önündə üçrəngli bayrağımız dalğalanır - VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top