Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxanada "Yeni kitablarımız gəldi" başlığı altında sərgi təşkil edilib-Foto

CƏMİYYƏT 29.07.2022 1801

 

Saat24.Az xəbər verir ki,27 iyul 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində "Yeni kitablarımız gəldi" başlığı altında kitabxananın fonduna 40 adda daxil olmuş yeni kitabların sərgisi təşkil edilib. Sərgidə kitabxananın fəal oxucuları iştirak ediblər. Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva oxuculara kitabxanaya daxil olan yeni ədəbiyyatlar haqqında, onun müasir dövrlə səsləşməsi, oxucuların informasiya marağına uyğun gəlməsi haqqında məlumat verib və yeni alınan nəşrlər içərisində Azərbaycan nağılları, xarici ədəbiyyatlar, məktəbə hazırlıq və məntiqə aid olan kitabların xüsusi yeri olduğunu nəzərə çatdırıb. Sərgidə eyni zamanda iqtisadiyyat, poeziya, mədəniyyət, incəsənətlə bağlı kitablar da nümayiş olunub. Uşaq ədəbiyyatı haqqında olan kitablar rəngarəngliyi ilə kiçik yaşlı oxucuların marağına səbəb olub. Qeyd edək ki, mütəmadi olaraq kitabxanaya gələn yeni ədəbiyyatdan təşkil olunmuş sərgilər oxuculara təqdim olunur.






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top