Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir - RƏSMİ

GÜNDƏM 20.07.2022 1188

“Açıqlanan son statistika onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, payızın əvvəli koronovirusla bağlı vəziyyət pis ola bilər:

“Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi. Təbii ki, bunun Azərbaycana da təsiri olması qaçılmazdır. Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir”.

O əlavə edib ki, soyuq aylarda bu cür infeksiyaların yayılması üçün əlverişli şəraitdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top