Azərbaycan-Kamboca XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

CƏMİYYƏT 02.06.2022 1528

1 iyun 2022-ci il tarixində Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 3-cü iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil edib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Nazir müavini E.Məmmədov post-münaqişə mərhələsində bölgədə mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM) sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”i imzalanıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top