“SMART Qarabağ” hakatonunun qalib komandaları Şuşaya səfər ediblər - FOTO

GÜNDƏM 30.05.2022 1052

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçirilən “SMART Qarabağ” hakatonunun qalib komandaları “AzInTelecom” MMC-nin nümayəndələri ilə birlikdə Şuşaya səfər ediblər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər zamanı qaliblər Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.

Qeyd edək ki, mayın 25-də start götürən “SMART Qarabağ” hakatonunda 30 komandadan ibarət 70 yarışçı öz rəqəmsal biliklərini real layihəyə çevirməyə çalışıblar.

50 saat davam etmiş müsabiqədə işğaldan azad edilən Azərbaycan ərazilərinin normal regiona transformasiyası istiqamətində bir çox “Ağıllı həllər” hazırlanıb.

Türkiyə və Azərbaycandan yarışa qatılan komandalar Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq təqdim ediblər.

Mayın 28-də elan olunan nəticələrə görə, Elektron Hökumətin İnkişafı Mərkəzini təmsil edən Azərbaycan komandası “Safe Karabakh”ın eyniadlı mobil tətbiqi I yerin, Türkiyənin “Sytematör” komandasının SİNA dronu II yerin, Türkiyənin A komandasının “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.

 









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top