Abadan əhalisinin şüarları İran Dövlət Televiziyasının canlı yayımı kəsməsinə səbəb oldu - VİDEO

DÜNYA 30.05.2022 1346

Abadan əhalisi İran Ekspertlər Şurasının Xuzistan əyalətindəki üzvü Mohsen Heydəri Alikəsirin Dövlət Teleradio Şirkətində canlı olaraq yayımlanan çıxışına mane olub.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Belə ki, Alikəsirin çıxışı zamanı ətrafdakı insanlar hökumətə qarşı “bişərəf, bişərəf” deyə şüarlar səsləndirməyə başlayıblar. Bu zaman canlı yayım məcburiyyət qarşısında yarıda dayandırılıb.

“Həmşəhri” saytının məlumatına görə, yerli əhali “fit, alqış, şüarlar və dövlət kanalının kameralarına hücumlarla” hakimiyyətə kəskin etirazını bildirib.

Mohsen Heydəri Alikəsirin çıxışı dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara hücum etdiyi və əhalini zorla dağıtmağa çalışdığı bildirilir.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top