Sadə xəbər
İndoneziyanın Mərkəzi Yava əyalətinin Pekalonqan şəhərində torpaq sürüşməsi nəticəsində azı 16 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, sürüşməyə ərazidə yağan güclü yağışlar səbəb olub.
"Vaxtımız az olduğu üçün itkin düşən şəxslərin axtarışları davam edir. Biz hava şəraiti ilə yarışmaq məcburiyyətindəyik", - deyə təbii fəlakətlərə yardım agentliyinin nümayəndəsi bildirib.