Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama

Manşet
SİYASƏT 15.11.2024 3409

Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib.

"Saat24.az" xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında danışıb.

O deyib ki, danışıqlar prosesinin iki komponenti var:

“Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.

Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top