Sadə xəbər
"Oswald Cruz" Araşdırma Fondu Braziliyanın Rio-de-Janeyro sahillərində tutulan 13 köpək balığında kokain izlərinin tapıldığını bildirib.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, əti yeyilən braziliyalı köpək balıqlarının əzələlərində və qaraciyərində kokainin olması diqqət çəkib.
Məlumatlar, kanalizasiya vasitəsilə dənizə tökülən narkotikin şəhərdə yüksək səviyyədə istehlak edildiyini göstərir.
Tədqiqatda iştirak edən alimlərdən biri olan Enrike Mendes Sajjoronun qeyd etdiyi kimi, kokain izləri əvvəllər suda və bəzi dəniz heyvanlarının, məsələn, midyenin bədənində tapılıb, lakin bu, ilk dəfədir ki, narkotik köpək balığının bədənində aşkarlanıb.