Sadə xəbər
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 87,99 ABŞ dolları təşkil edib.
"Saat24.az" xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 85,63 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.